Badamdar kiraye evler

Qiymət: 100 ₼
Avqust 13, 2022
Baxış: 79
Elan #: 38647
Satıcı: Elanın sahibi
Elan:

Tələbələr və digər şəxslər üçün kirayə otaqlar.
Bina 7 mərtəbədən ibarətdir. Hər mərtəbədə 2 koridor, hər koridorda 4 otaq, 2 ümumi tualet, 1 ümumi hamam mövcuddur. Hər koridorda otaqlardan biri 2 nəfərlik xüsusi otaqdır yəni hamam və tualeti içəridədir, ümumi deyil. Bütün otaqlar üçün WiFi aktivdir.
Oxu zalı, idman zalı və stolüstü tennis otağı mövcuddur və ödənişsizdir.
Binanın ümumi mətbəxi də mövcuddur. İstilik sistemi kombidir. Həftədə 4 gün (2ci ,4cü ,6cı və bazar günləri) çimmək mümkündür. Əgər digər günlər də çimmək ehtiyacı yaranarsa ona da şərait yaradılır.
Tələbələr üçün 1 kq-a qədər paltar yuma xidməti ödənişsizdir. 1 kq-dan artıq olduqda hər kq-a görə 1 manat ödənilir.
Mütəmadi olaraq bütün otaqlar xadimə tərfindən təmizlənir, yataq örtükləri yenilənir və yuyulur. Ödənişsiz.
Binada 24 saat gözətçi xidmət göstərir. Saat 23:00-a qədər giriş-çıxış sərbəstdir. 23:00-dan sonra giriş-çıxış üçün gözətçi ilə əlaqə saxlamaq lazımdır.
4 nəfərlik otaqlar 1 nəfər üçün – 100 manat
2 nəfərlik otaqlar 1 nəfər üçün – 120 manat
Xüsusi otaqlar 1 nəfər üçün -150 manat
Əlavə heç bir kommunal ödəniş yoxdur.
İstəyən şəxslər üçün gündə 3 dəfə yemək xidməti də mövcuddur. Aylıq ödənişi 1 nəfər üçün 120 manatdır.
Ünvan: Badamdar qəsəbəsi, Qurd qapısına yaxın. Küçə Özbəkistan səfirliyi küçəsi kimi tanınır. Bina səfirliyin önündə yerləşir.
Elmlər metrosundan 3 nömrəli marşrutla,
İşərişəhər metrosundan 31 və 53 nömrəli marşrutla 10 dəqiqəlik məsafədə yerləşir.
20 Yanvar metrosundan, Avtovağzaldan və Şamaxinkadan 29 nömrəli marşrutla da gəlmək mümkündür.
Avtobus dayanacağı Qurd qaısını keçdikdən sonrakı Araz supermarketin önündəki dayanacaqdır. Tel:051-387-74-64

Yeni rəy bildir

  • Oxşar Elanlar
  • Elanı şikayət et
    Öncə sayta daxil olun