1C və Mühasibat uçotunun fərqli fərdi kursu

Qiymət: 200 ₼
Aprel 2, 2023
Baxış: 254
Elan #: 54323
Elan:

Audit/Baş mühasib/Müəllim kimi (30 ildən çox iş təcrübəsi) fərqli fərdi tədrislə, yüksək keyfiyyətlə aşağıda göstərilənləri mühasib olmaq istəyənlər üçün öyrədirəm:

  1. Milli mühasibat uçotu nəzəriyyəsini (yeni hesablar planı),
  2. 1C- 8.3 versiyalı “Müəssisə” (lisenziyalı) mühasibat proqramını,
  3. BTP (Bəyannamələrin Tərtibi Proqramı) və Vahid Bəyannamə (MDSS, İSH, İTS hesabatları) proqramlarını,
  4. Bankda hesab açılması və İnternet Bankçılıq xidmətindən istifadə edilməsini,
  5. Elektron qaimələrin tərtib edilməsi, dəyişdirilməsi və ləğv edilməsini,
  6. Yanacaq və maaş kartlarının doldurulmasını,
  7. İşçilərin elektron əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitam verilməsini,
  8. Vergi idarəsi ilə elektron yazışmaları və ASAN İmza ilə işləməyi,
  9. Vergi və Əmək Məcəllələrini.

Dərsləri fərdi və online formatında (arzu edənlər üçün) həftədə 2 dəfə və 1,5 saat olmaq şərti ilə aylıq 12 saatlıq kurs həcmində keçirəm.

Tələbənin fərdi fərqli kursu bitirdikdən sonra yaxşı təcrübə keçmiş mühasib kimi sərbəst çalışmasına və işə qəbul zamanı sınaq imtahanından keçməsinə və məndən mühasib yeri üçün işçi tələb olunduğu təqdirdə hazırlıqlı tələbənin yeni iş yerinə göndərilməsinə, tələbəyə işə qəbulundan sonrakı dövrdə hər cür bilik və təcrübəmlə dəstək verməyə zəmanət verirəm.

Yeni rəy bildir

  • Oxşar Elanlar
  • Elanı şikayət et
    Öncə sayta daxil olun